Əsas məzmuna keç

ABŞ-də məhbus azot qazıyla edam ediləcək

ABŞ-də məhbus azot qazıyla edam ediləcək

ABŞ-nin Alabama ştatında ilk dəfə olaraq məhbus azot qazı ilə edam olunacaq. "Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verirk i, azot...

ABŞ-nin Alabama ştatında ilk dəfə olaraq azot ilə olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verirk i, azot qazı ilə öldürülməli olan məhbus Smit əvvəllər zəhərli inyeksiya ilə edamdan çətinliklə xilas olub.

Məlumata görə, Kennet Smit 1988-ci ildə muzdlu qatil kimi törətdiyi qətlə görə cəzasına məhkum edilib.

Məhkəmə sənədlərində bildirilir ki, azot qazı ilə edam üsulu ilk dəfə Alabamada sınaqdan keçiriləcək.

Lakin edam üsulunun necə tətbiq ediləcəyi ilə bağlı heç bir təfərrüat açıqlanmır.

Daha əvvəl ABŞ Ali Məhkəməsi Smitin vəkillərinin ölüm hökmünə etiraz etmək üçün ikinci dəfə göndərdiyi müraciətə mənfi cavab verib.

Qeyd edək ki, ABŞ-də daha əvvəl sınanmamış edam üsulunu tətbiq etmək istəyən Alabama ştatının müvafiq orqanlarının qərarı müzakirələrə səbəb olub.

BMT ekspertləri bir neçə gün əvvəl Smitin qarşıdan gələn edamı ilə bağlı narahatlıqlarını ifadə edərək, bunun ABŞ-nin də qoşulduğu “BMT İşgəncələrə Qarşı Konvensiya”nın “cəzalarla bağlı” qaydalarına zidd olduğunu bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…