Əsas məzmuna keç

ABŞ-də baş verən atışmalarda azı 8 nəfər öldürülüb

ABŞ-də baş verən atışmalarda azı 8 nəfər öldürülüb

bu barədə “Associated Press” agentliyi səlahiyyətlilərə istinadən məlumat yayıb. Qeyd edilir ki, bütün qətllərin bir nəfər tərəfindən törədildiyi ehtimal...

ABŞ-nin İllinoys ştatının şəhəri ətrafında iki gün ərzində üç baş verən atışma nəticəsində azı səkkiz nəfər olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Associated Press” agentliyi səlahiyyətlilərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bütün qətllərin bir nəfər tərəfindən törədildiyi ehtimal olunur.

“Bazar günündən bu günədək bir nəfər Çikaqonun ətrafında üç yerdə səkkiz nəfəri güllələyərək öldürüb və hələ də azadlıqdadır”, - agentlik bildirib.

Coliet şəhərinin rəisi Uilyam Evans bildirib ki, FTB-nin işçi qrupu şübhəlinin axtarışında yerli polisə kömək edir.

Hakimiyyət orqanları rəsmilərinin jurnalistlərə verdiyi məlumata görə, öldürülənlərin meyitləri bazar günü və bazar ertəsi üç fərqli yerdə aşkarlanıb.

"Mən 29 ildir polis və bu, yəqin ki, indiyə qədər gördüyüm ən pis cinayətdir", - Uill dairəsi rəhbərinin müavini Dan Danql deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…