Operativ Məlumat Mərkəzi

Yevlaxda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

1 dəq
Paylaş:
Yevlaxda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq şəxs saxlanılıb.

Xidmət rəsmisi Arzu Babayeva "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib və ondan istifadəsi ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

A.Babayeva balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax