Əsas məzmuna keç

İran portağalında qadağan olunmuş rəngləyici maddə aşkarlanıb

İran portağalında qadağan olunmuş rəngləyici maddə aşkarlanıb

AQTA "Karvan Agro" MMC-nin gətirdiyi 21 ton meyvədə qadağan olunmuş "Sitrus qırmızısı-2" boyası tapdı. Sajad Babaiee məhsullarının ixracı dayandırılır. Təhlükə nədir?

ru en

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “ Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…