Əsas məzmuna keç

Hövsanda qanunsuz ov edən şəxs saxlandı

Hövsanda qanunsuz ov edən şəxs saxlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları Hövsan qəsəbəsi ərazisində reyd keçirib. Qadağan olunmuş ov alətlərindən istifadə edən şəxs barəsində hansı tədbir görüldü?

ru en

Su Nəqliyyatında İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, şəhər sakini, 57 N.Əliyev Suraxanı rayonu qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.

Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, "Yamaha-25" markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…