Əsas məzmuna keç

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 114 fakt qeydə alınıb

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 114 fakt qeydə alınıb

DİN-in hesabatına görə, sərhəddə qanunsuz dövriyyəyə qarşı mübarizə güclənib. Bəs müsadirə edilən qadağan olunmuş maddələrin miqdarı nə qədərdir? Ətraflı oxuyun.

en ru

Azərbaycanda bu ilin ilk 7 ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 aşkar edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 134-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 383 kq 889,2 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə müsadirə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…