Operativ Məlumat Mərkəzi

"Ukraynada Avropa birliklərinin yerləşdirilməsi ehtimalına mənfi yanaşırıq"

2 dəq
Paylaş:
"Ukraynada Avropa birliklərinin yerləşdirilməsi ehtimalına mənfi yanaşırıq"

Kreml sözçüsü Dmitriy , Ukraynada zəmanətləri çərçivəsində Avropa birliklərinin yerləşdirilməsi ehtimalına mənfi yanaşdıqlarını bildirib və bölgədə NATO infrastrukturunun mövcud olmasının münaqişənin yaranma səbəblərindən biri olduğunu vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Ukraynaya dair təhlükəsizlik zəmanətləri məsələsinin gündəmin əsas mövzularından biri olduğunu deyən Peskov bildirib: “Amma bu barədə ictimaiyyət qarşısında açıq şəkildə dəyərləndirmə aparmaq istəmirik. Bunun ümumi effektivliyə töhfə vermədiyini düşünürük”.

Avropa birliklərinin Ukraynada yerləşdirilməsi ehtimalını şərh edən Peskov deyib: “Bu məsələyə mənfi . Əslində ortada Avropa birlikləri yoxdur; bu birliklərin əksəriyyəti NATO üzvü olan bəzi ölkələrin qüvvələridir. Ukraynada NATO infrastrukturunun mövcudluğu da bu münaqişənin başlanmasına səbəb olan amillərdən biridir.”

Peskov, ABŞ ilə təmasların davam etdiyini də vurğulayaraq əlavə edib: “ABŞ Prezidenti Donald Trampın səyləri, doğrudan da, bu mürəkkəb və bizim başlatmadığımız, uzun müddət davam edən münaqişənin həllinə kömək edir.”

O, həmçinin Rusiya və nümayəndə heyətləri arasında təmasların davam etdiyini, lakin görüşlərin növbəti mərhələsinin nə vaxt keçiriləcəyinin hələlik dəqiqləşmədiyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax