Əsas məzmuna keç

Aİ Ukraynaya NATO kimi təhlükəsizlik zəmanətləri verməyi təklif etdi

Aİ Ukraynaya NATO kimi təhlükəsizlik zəmanətləri verməyi təklif etdi

Avropa Parlamenti Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edən qətnamə layihəsini təqdim edib. Bu barədə...

Avropa Parlamenti Ukraynaya NATO-nun 5-ci maddəsinə təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edən qətnamə layihəsini təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RIA Novosti" qəzeti məlumat yayıb.

Qətnamə layihəsi üzrə səsvermə noyabrın 27-dƏ keçiriləcək.

Sənəddə bildirilir ki, belə bir saziş Kiyevə 1994-cü il Budapeşt Memorandumunun təkrarı istisna olmaqla, NATO-nun 5-ci maddəsi və Avropa İttifaqı haqqında Müqavilənin 42-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulan etibarlı təhlükəsizlik təminatlarını təqdim etməlidir.

Qətnamədə həmçinin vurğulanır ki, dövlətinin Rusiyanın vetosu olmadan öz siyasi və müdafiə ittifaqlarını sərbəst seçmək hüququ təsdiqlənməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…