"Rusiya-Ukrayna münaqişəsinin bitməsindən sonra Avropanın Rusiya ilə Avropa təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar aparması lazım gələcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Baron bildirib.
“Rusiya özü üçün yeni istiqamətlər müəyyən etdikdən sonra vaxtı çatanda biz, gücləndiyimiz bir mərhələdə, açıq-aydın şəkildə Rusiya ilə Avropa təhlükəsizlik arxitekturası məsələsi üzrə müzakirələr aparmalı olacağıq”, - o bildirib.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Moskva İtaliya, Fransa və Almaniyadan Rusiya ilə dialoqa ehtiyac olduğuna dair siqnalları nəzərə alıb və bunu Qərb ölkələrinin mövqeyində müsbət irəliləyiş hesab edib.