Operativ Məlumat Mərkəzi

Türkiyənin bir neçə bölgəsində meşə yanır

1 dəq
Paylaş:
Türkiyənin bir neçə bölgəsində meşə yanır

Türkiyənin bir neçə vilayətində meşə yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, İzmirin Bornova rayonunda məhəlləsindəki yanğın ərazilərə də yayılıb. Yanğın səbəbindən Beşyol və Sarnış yaşayış məhəllələlərindən insanlar təxliyə edilib. Hər iki kənddə ümumilikdə yeddi evə ziyan dəyib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Havadan və qurudan müdaxilə nəticəsində yanğın lokallaşdırılıb.

Bundan başqa, Balıkesir vilayətində başlayan yanğın meşəlik əraziyə keçib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Kahramanmaraşın Türkoğli və Pazarcık rayonlarında da meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. yanğının söndürülməsinə yaradır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax