Əsas məzmuna keç

NATO Sammitinin gərgin atmosferdə keçəcəyindən narahatdırlar

NATO Sammitinin gərgin atmosferdə keçəcəyindən narahatdırlar

CNN-in məlumatına görə, Ankara sammitində Donald Tramp və Avropa liderləri arasında qarşıdurma gözlənilir. Rəcəb Tayyib Ərdoğanın rolu nədən ibarətdir?

en ru

ABŞ rəsmiləri NATO-nun Ankarada keçiriləcək sammitinin problemsiz keçəcəyinə tam əmin olmadıqlarını bildirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, buna səbəb gərgin siyasi atmosfer və ABŞ Prezidenti Trampın müttəfiqlərinin davranışından narazı qalmasıdır.

Məlumata əsasən, liderləri sammitin ciddi qarşıdurma olmadan başa çatacağına ümid edir. Bu məqsədlə onlar Trampın narazılığını azaltmaq üçün yeni müdafiə öhdəlikləri açıqlamağı planlaşdırırlar.

Donald isə iyunun sonunda verdiyi açıqlamada NATO sammitində yalnız Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq iştirak edəcəyini bildirib.

“Sammit Ərdoğanın ev sahibliyi ilə Türkiyədə keçirilməsəydi, yəqin ki, iştirak etməzdim”, – Tramp qeyd edib.

Xatırladaq ki, NATO sammiti iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…