Operativ Məlumat Mərkəzi

Türkiyə 2026-da bu tədbirlərə ev sahibliyi edəcək

2 dəq
Paylaş:
Türkiyə 2026-da bu tədbirlərə ev sahibliyi edəcək

2026-cı ildə NATO, COP31 və TDT zirvələrinə ev sahibliyi edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, son illərdə həm regionunda, həm də qlobal səhnəsində aktiv rol oynayan Türkiyə, xüsusilə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir çox problemli bölgə və mövzularda vasitəçilik təşəbbüslərini, humanitar diplomatiya addımlarını və çoxtərəfli mexanizmlərini effektiv şəkildə istifadə edir.

Bu diplomatik gücünü zirvələrə ev sahibliyi etməklə daha da artırmaq istəyən Türkiyə gələn il beynəlxalq səviyyədə üç böyük zirvəyə ev sahibliyi edəcək.

Bu çərçivədə COP31 Zirvəsinin İstanbulda, əsas konfrans tədbirlərinin isə Antalyada keçirilməsi planlaşdırılır.

NATO Zirvəsi isə iyul ayında Ankarada təşkil ediləcək.

Türkiyə fəal rol oynadığı Təşkilatının 13-cü zirvəsinə də 2026-cı ildə ev sahibliyi edəcək.

Sözügedən beynəlxalq zirvələr, Türkiyənin qlobal diplomatiyaya yön verən ölkələr arasında mövqeyini gücləndirməsi baxımından böyük əhəmiyyət daşıyacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax