Əsas məzmuna keç

Ankarada 36-cı NATO Zirvəsi başlayır: Gündəmdə qlobal təhlükəsizlik məsələləri var

Ankarada 36-cı NATO Zirvəsi başlayır: Gündəmdə qlobal təhlükəsizlik məsələləri var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi sammitdə 31 müttəfiq ölkənin liderləri və yüksək səviyyəli rəsmilər bir araya gələcək.

en ru

Bu gün Ankara şəhərində Administrasiyasının kompleksində NATO-nun 36-cı Liderlər Zirvəsi öz işinə başlayır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iki gün davam edəcək tədbirə Prezidenti Rəcəb Tayyib ev sahibliyi edəcək, iclaslara isə NATO-nun Mark Rutte rəhbərlik edəcək.

Bildirilir ki, sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, 31 ölkənin dövlət və hökumət başçıları, eləcə də dəvət olunmuş digər ölkələrin liderləri iştirak edəcəklər. Tədbirlə əlaqədar Prezident Administrasiyasının kompleksi minlərlə diplomat, yüksəkvəzifəli məmur və qonağı qəbul etmək üçün tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd olunur ki, zirvə çərçivəsində alyansın gələcək fəaliyyət istiqamətləri, qlobal və regional təhlükəsizlik məsələləri, həmçinin qarşıdakı dövr üçün əsas prioritetlər müzakirə ediləcək.

Ekspertlərin fikrincə, sammit həm beynəlxalq təhlükəsizlik gündəliyinin aktuallığı, həm də Türkiyənin qlobal siyasətdə artan rolunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…