Əsas məzmuna keç

Təyyarə qəzasında sağ qalan yoxdur

Təyyarə qəzasında sağ qalan yoxdur

bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb. “Biz yas tutur və dua edirik və bütün vətəndaşlardan xahiş edirəm ki, bir dəqiqəlik sükutla mənə qoşulsunlar,...

ki, Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" “The ”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

“Biz yas tutur və dua edirik və bütün vətəndaşlardan xahiş edirəm ki, bir dəqiqəlik sükutla mənə qoşulsunlar, həlak olanların yaxınlarına başsağlığı veririk. Bu fəlakətin necə baş verdiyini və bir daha belə bir şeyin təkrarlanmamasını təmin edəcəyik”, - Tramp qeyd edib.

Onun sözlərinə görə, qəza ilə bağlı qüvvələrinin xüsusi araşdırma prosesi başlayıb:

“Biz sizin hamınızın hiss etdiyi əzabları təsəvvür edirik. sizinlə birlikdə parçalandı. Bu, ölkəmizin paytaxtında və xalqımızın tarixində qaranlıq və dözülməz bir gecə, dəhşətli bir faciə idi” dedi.

Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. Bundan əvvəl yayılan məlumatda çaydan 19 nəfərin cəsədinin aşkar olunduğu bildirilirdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…