Əsas məzmuna keç

Texasda daşqınlar nəticəsində 109 nəfər ölüb, 160-dan çox insan itkin düşüb

Texasda daşqınlar nəticəsində 109 nəfər ölüb, 160-dan çox insan itkin düşüb

ABŞ-ın ştatında baş verən daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb, 160-dan çox itkin şəxsin axtarış-xilasetmə işləri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq bəyanat yayıb.

Əyalətdə nəticəsində həyatını itirənlərin sayının 109-a yüksəldiyini bildirən Abbott, təkcə Kerr qraflığında 161 nəfərin itkin düşdüyünü qeyd edib.

Abbot bütün itkin düşənlər tapılana qədər işlərin davam etdiriləcəyini bildirib.

ABŞ-ın cənubundakı Texas ştatında iyulun 4-də başlayan qəfil leysan yağışları nəticəsində Kerr qraflığında Quadalupe çayı daşaraq daşqınlara səbəb olub.

ABŞ prezidenti Tramp Kerr qraflığını sel fəlakəti səbəbindən fəlakət bölgəsi elan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…