Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Filippində dəhşətli faciə: Çökmüş binada ölənlərin sayı artır

1 dəq
Paylaş:
Filippində dəhşətli faciə: Çökmüş binada ölənlərin sayı artır

Filippinin şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha üç nəfər itkin olunur. Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və xilasedicilərin altında qalan şəxsləri tapmaq üçün ərazidə yoxlamalar apardığını bildirib.

Qeyd olunub ki, bina mayın 24-nə keçən gecə çöküb. Şəhər administrasiyasının katibi Cey Pelayonun sözlərinə görə, hadisə zamanı onlarla tikinti işçisi dağıntılar altında qalıb.

Hadisədən sonrakı ilk saatlarda 26 nəfər xilas edilib. Yaxınlıqdakı oteldə qalan Malayziya vətəndaşı olan turist isə xəsarət alıb və sonradan aldığı yaralardan dünyasını dəyişib.

Hazırda faciənin başvermə səbəbləri araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax