Əsas məzmuna keç

Texasda daşqınlar nəticəsində 109 nəfər ölüb, 160-dan çox insan itkin düşüb

Texasda daşqınlar nəticəsində 109 nəfər ölüb, 160-dan çox insan itkin düşüb

ABŞ-ın ştatında baş verən nəticəsində ölənlərin sayı 109-a çatıb, 160-dan çox itkin düşmüş şəxsin axtarış-xilasetmə işləri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Abbot bəyanat yayıb.

Əyalətdə daşqınlar nəticəsində həyatını itirənlərin sayının 109-a yüksəldiyini bildirən Abbott, təkcə Kerr qraflığında 161 nəfərin itkin düşdüyünü qeyd edib.

Abbot bütün itkin düşənlər tapılana qədər işlərin davam etdiriləcəyini bildirib.

ABŞ-ın cənubundakı Texas ştatında iyulun 4-də başlayan qəfil leysan yağışları nəticəsində Kerr qraflığında Quadalupe daşaraq daşqınlara səbəb olub.

ABŞ prezidenti Kerr qraflığını sel fəlakəti səbəbindən fəlakət bölgəsi elan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…