Əsas məzmuna keç

Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanılıb

Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanılıb

bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs...

Tbilisidə supermarketdə iki azərbaycanlı qarşı halında törətməkdə olunan daha bir nəfər – 1997-ci il təvəllüdlü Ş.A. adlı şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayət əməli 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. 2006 və 2004-cü il təvəllüdlü soydaşlarımıza qarşı qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani noyabrın 5-də, digər 4 nəfər isə ötən gün saxlanılıb.

Gürcüstanın Baş Prokurorluğu Manana Giorqobianiyə qarşı rəsmi ittiham irəli sürüb, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə müraciət edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…