Əsas məzmuna keç

Keçmiş FBI rəhbəri Trampı hədələməkdə ittiham olunur: Səbəb kitab satışı ola bilər

Keçmiş FBI rəhbəri Trampı hədələməkdə ittiham olunur: Səbəb kitab satışı ola bilər

ABŞ Ədliyyə Nazirliyi Ceyms Komini kitabının satışını artırmaq üçün Donald Trampa qarşı gizli təhdidlər yaymaqda günahlandırır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Komi Trampa qarşı ölüm təhdidi yaymaqda ittiham olunur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Washington Post”un ABŞ Ədliyyə Nazirliyinin məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Kominin sosial şəbəkədə paylaşdığı “8647” rəqəmləri kimi qiymətləndirilib.

Hadisə Kominin memuarlarının nəşrindən bir neçə gün əvvəl baş verib. O, dəniz qabıqlarından düzəldilmiş “8647” rəqəmlərinin fotosunu paylaşmışdı. Ədliyyə Nazirliyi bu rəqəmləri şifrəli mesaj hesab edir. ABŞ jarqonunda “86” ifadəsinin kimisə aradan götürmək mənasında işlədildiyi, “47” rəqəminin isə Trampın ABŞ-ın 47-ci prezidenti olmasına işarə etdiyi bildirilir.

Komi barəsində apreldə rəsmi ittiham irəli sürülüb.

Məhkəmə sənədlərində Komi ilə ədəbi agenti arasında yazışmalar da yer alıb. Agentin “Sən artıq bir məşhur oldun” ifadəsinə Kominin “Bunu planlaşdırmamışdım, amma kitabın satışına kömək edəcəksə, mənim üçün problem deyil” cavabını verdiyi qeyd olunur.

İttiham tərəfi bu yazışmaları Kominin paylaşımın yaratdığı diqqətdən kitabının satışını artırmaq üçün faydalanmaq istədiyinə dair sübut kimi təqdim edir.

Kominin vəkilləri isə ittihamların siyasi motivli olduğunu bildirirlər. Müdafiə tərəfi “8647” rəqəmlərinin minlərlə məhsul üzərində istifadə edildiyini və bunun təsadüfi rəqəm kombinasiyası ola biləcəyini vurğulayır.

Ceyms Komi isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Ceyms Komi ilə arasındakı münasibətlər 2017-ci ildə ABŞ prezidentinin FBI direktorunu vəzifədən azad etməsindən sonra daha da gərginləşib.

Bundan sonra FBI Trampın Rusiyanın maraqlarına xidmət edib-etmədiyi ilə bağlı araşdırmaya başlayıb. Məxfiliyi götürülmüş sənədlərə əsasən, istintaq Trampın bilərəkdən və ya bilməyərəkdən ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərdə iştirak edib-etmədiyini araşdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…