Türkiyə Superliqasının 12-ci turunda “Trabzonspor” Papara Parkda “Eyüpspor”u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 5-ci dəqiqəsində Pina sağ cinahdan cərimə meydançasına ötürmə edib, Ozan Tufan isə başla topu qapıya göndərib. 10-cu dəqiqədə Saviolonun zərbəsini qapıçı Emre Bilgin küncə çıxarıb. 15-ci dəqiqədə Salahın, 17-ci dəqiqədə isə Muçinin zərbələrində də Emre Bilgin qapısını toxunulmaz saxlayıb.
25-ci dəqiqədə Muçinin ötürməsindən sonra Onuachunun başla zərbəsini əvvəl qapıçı, ardınca müdafiəçilər uzaqlaşdırıblar. 31-ci dəqiqədə Saviolonun ötürməsindən sonra Onuachunun baş zərbəsini Emre Bilgin küncə çıxarıb. İlk hissə “Trabzonspor”un 1:0 üstünlüyü ilə bitib.
İkinci hissədə, 56-cı dəqiqədə Abdullahinin ötürməsindən sonra Sadia yaxın məsafədən zərbə vurub, Onana topu küncə çıxarıb. 66-cı dəqiqədə Saviolonun zərbəsini qapıçı dəf edib. 67-ci dəqiqədə Kabralın uzaq məsafədən zərbəsi qapıdan az fərqlə yuxarı keçib. Beləliklə, “Trabzonspor” oyunu 1:0 hesabı ilə qazanıb.