Operativ Məlumat Mərkəzi

Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkib

1 dəq
Paylaş:
Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkib

ABŞ-da Ağ Evin və Pentaqonun şəkilləri Şimali Koreyanın tərəfindən çəkilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, artıq fotoları Kim Çen In da görüb.

Kəşfiyyat peyki ABŞ-ın Norfolkdakı (Virciniya) hərbi bazasındakı təyyarədaşıyan gəmilərin də fotolarını çəkib.

Bundan əvvəl Yaponiya Yerin orbitində KXDR-in peyki ola biləcək obyektin aşkar edildiyini açıqlamışdı.

Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl KXDR-in “Malliqyong-1” adlı kəşfiyyat peykinin orbitə buraxılması barədə məlumat verib. Şimali Koreya lideri Kim Çen In bu layihədə iştirak edən alimləri, mühəndisləri və fəhlələri təbrik edib.

Noyabrın 21-də Pxenyan vaxtı ilə 22:42:28-də Soxe peyk buraxılış poliqonunda yeni tipli "Çxollima-1" raket buraxılışı uğurlu həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax