Əsas məzmuna keç

ABŞ viza müraciətlərinin qəbulunu rəsmən dayandırdı

ABŞ viza müraciətlərinin qəbulunu rəsmən dayandırdı

Vaşinqtonun qərarı minlərlə şəxsi narahat edib. Dövlət Departamenti tərəfindən tətbiq olunan yeni məhdudiyyətlər və viza prosesindəki fasilə nələri dəyişir?

en ru

Prezidenti Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Reuters Departamentinin nümayəndəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin olunması təlim başa çatana qədər mümkün olmayacaq.

Reuters qeyd edir ki, administrasiyası deportasiyaların artırılması və immiqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət viza və yaşıl kartların ləğv edilməsini, həmçinin siyasi baxışlar və Fələstin tərəfdarı aksiyalarda iştirak da daxil olmaqla müxtəlif səbəblərlə müraciətlərin rədd edilməsini nəzərdə tutur.

ABŞ administrasiyası hesab edir ki, bu tədbirlər ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…