Əsas məzmuna keç

Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkib

Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkib

bu barədə “Reuters” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir. Qeyd edilir ki, artıq fotoları Şimali Koreya lideri Kim Çen In da görüb....

ABŞ-da Ağ Evin və Pentaqonun şəkilləri Şimali Koreyanın tərəfindən çəkilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, artıq fotoları Kim Çen In da görüb.

Kəşfiyyat peyki ABŞ-ın Norfolkdakı (Virciniya) hərbi bazasındakı təyyarədaşıyan gəmilərin də fotolarını çəkib.

Bundan əvvəl Yaponiya Yerin orbitində KXDR-in peyki ola biləcək obyektin aşkar edildiyini açıqlamışdı.

Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl KXDR-in “Malliqyong-1” adlı kəşfiyyat peykinin orbitə buraxılması barədə məlumat verib. Şimali Koreya lideri Kim Çen In bu layihədə iştirak edən alimləri, mühəndisləri və fəhlələri təbrik edib.

Noyabrın 21-də Pxenyan vaxtı ilə 22:42:28-də Soxe peyk buraxılış poliqonunda yeni tipli "Çxollima-1" raket buraxılışı uğurlu həyata keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…