"ABŞ hakimiyyəti hazırda İrana qoşun yeritməyə ehtiyac görmür".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"İndi bizə quru əməliyyatı lazım deyil. Biz bunu etdik, onların silahlı qüvvələrinin əksəriyyətini bombardmanla məhv etdik", - o qeyd edib.
Xatırladaq ki, Tramp İranın nüvə silahına sahib olmasına qarşı olduğunu və bu məsələdə Tehranla razılaşma əldə edildiyini bildirmişdi.