ABŞ administrasiyası Rusiya ilə nüvə məsələlərini müzakirə etmək istəyir və Moskvanın Vaşinqtonun mövqeyini bildiyini güman edir.
"Operativ Məlumat Mərkəzi-OMM" "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
“Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın dediyi kimi, biz nüvə məsələləri haqqında danışmaqda maraqlıyıq”, – diplomat bildirib. “Düşünürəm ki, onlar bizim bu məsələdə mövqeyimizi bilirlər, buna görə də bu, dəyişməyib”, - o, Rusiya tərəfinə istinadən əlavə edib.