ABŞ-da Ağ Evin və Pentaqonun şəkilləri Şimali Koreyanın kəşfiyyat peyki tərəfindən çəkilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, artıq fotoları Şimali Koreya lideri Kim Çen In da görüb.
Kəşfiyyat peyki ABŞ-ın Norfolkdakı (Virciniya) hərbi bazasındakı təyyarədaşıyan gəmilərin də fotolarını çəkib.
Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi Yerin orbitində KXDR-in peyki ola biləcək obyektin aşkar edildiyini açıqlamışdı.
Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl KXDR-in “Malliqyong-1” adlı kəşfiyyat peykinin orbitə buraxılması barədə məlumat verib. Şimali Koreya lideri Kim Çen In bu layihədə iştirak edən alimləri, mühəndisləri və fəhlələri təbrik edib.
Noyabrın 21-də Pxenyan vaxtı ilə 22:42:28-də Soxe peyk buraxılış poliqonunda yeni tipli "Çxollima-1" raket buraxılışı uğurlu həyata keçirilib.