“Mançester Yunayted”in sabiq futbolçusu Pol Poqba komandanın hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb. 2016-2022-ci illərdə İngiltərə klubunda çıxış edən fransalı yarımmüdafiəçi mövsümün hələ əvvəlində səbirli olmağın vacibliyini vurğulayıb.
Poqbanın sözlərini “Sky Sports” yayıb. O bildirib ki, mövsüm uzun çəkir və vəziyyət istənilən vaxt əhəmiyyətli dərəcədə dəyişə bilər. Futbolçunun fikrincə, səbirli olmaq lazımdır və bundan sonra hər şey qaydasına düşə bilər.
Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində altı xalla 13-cü yerdədir.
Poqba “Mançester Yunayted”də çıxış etdiyi dövrdə İngiltərə Liqa Kubokunun və UEFA Avropa Liqasının qalibi olub. Hazırda futbolçu azad agent statusundadır.