Əsas məzmuna keç

Yaponiyada tayfunla bağlı minlərlə insan təxliyə edildi

Yaponiyada tayfunla bağlı minlərlə insan təxliyə edildi

Kaqoşima və Okinavada təhlükəli təbiət hadisəsi: Meteorologiya Agentliyi sürüşmə və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq etdi, dərslər dayandırıldı.

en ru

Yaponiyanın cənub sahillərinə güclü tayfun Kaqoşima prefekturasında bir neçə min insanın təxliyəsinə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Okinava prefekturasında isə olaraq məktəblərdə dərslər ləğv edilib.

Yaponiya Meteorologiya Agentliyi dağıdıcı gücə malik və dənizdə yüksək dalğalarla bağlı xəbərdarlıq edib.

Sakinlərə sürüşmə, daşqın və çayların məcrasından çıxması riskləri səbəbilə son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.

Hazırda tayfunun mərkəzi Minamidaito adasından təxminən 50 kilometr şimalda yerləşir, küləyin maksimal sürəti 216 km/saata çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…