Əsas məzmuna keç

Hindistan bütün limanlarını xarici yüklər üçün açdı

Hindistan bütün limanlarını xarici yüklər üçün açdı

Hörmüz boğazındakı gərginlik fonunda CBIC mühüm qərar verdi: Yaxın Şərqdəki böhran səbəbindən Hindistan hava və dəniz limanları 2026-cı ilədək tranzitə açıldı.

en ru

Hindistanın Mərkəzi Dolayı Vergilər və Gömrük Şurası (CBIC) boğazındakı blokada səbəbilə istiqaməti dəyişdirilən xarici üçün ölkənin bütün dəniz və hava limanlarının müvəqqəti açılmasına qərar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 31 oktyabr 2026-cı ilədək Hindistanda xarici konteyner yüklərinin boşaldılması, saxlanılması və başqa vasitələrinə yüklənməsinə icazə verilib.

CBIC-in qərarına əsasən, yüklər gömrük nəzarətində qalmalı və yalnız beynəlxalq tranzit və ya reeksport üçün istifadə edilməlidir. Onların Hindistanın daxili bazarında satışına və istifadəsinə icazə verilmir.

Qərarın məqsədi Yaxın Şərqdə davam edən fonunda Hindistanın nəqliyyat infrastrukturundan istifadə etməklə beynəlxalq ticarətin və yük daşımalarının fasiləsizliyini təmin etməkdir.

Avqustun 19-da ABŞ Prezidenti Tramp ABŞ ordusunun Hörmüz boğazındakı blokadanı aradan qaldırdığını və boğazın gəmiçilik üçün açıldığını açıqlamışdı. İran isə gəmilərin marşrutlarını əvvəlcədən İran hakimiyyəti ilə razılaşdırmadan boğazdan keçməsinə icazə verməyəcəyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…