Operativ Məlumat Mərkəzi

Qəzzaya növbəti humanitar yardım göndərilib

1 dəq
Paylaş:
Qəzzaya növbəti humanitar yardım göndərilib

Humanitar yardım daşıyan ən azı 200 yük maşını, həmçinin dörd yanacaq və dörd qaz çəni "Rəfah" keçidindən Qəzza zolağına daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Qəzza zolağının şimal və cənub bölgələrinə humanitar yardım çatdırılıb. Buraya qida, su, müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün ilkin tələbat malları, həmçinin dərmanlar daxildir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər