Operativ Məlumat Mərkəzi

Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

1 dəq
Paylaş:
Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

ABŞ və Yaponiyanın istehsalına dair razılığa gəlməsindən sonra bu pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, AIM-120 tipli orta mənzilli raketin birgə istehsalı ilə bağlı Vaşinqton və Tokio administrasiyalarının imzaladığı razılaşmaya reaksiya verilib.

Bəyanatda bu addımın Asiya-Sakit Okean regionunda qeyri-sabitliyi artıracağı üçün pislənildiyi və ABŞ-ın region ölkələri ilə müdafiə sahəsində yeni əməkdaşlığının getdikcə aqressivləşdiyi vurğulanıb.

Bəyanatda Pxenyanın ABŞ və onun müttəfiqləri tərəfindən yaradılan qeyri-sabit mühitinə fəal reaksiya verəcəyi barədə xəbərdarlıq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax