Əsas məzmuna keç

Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada, AIM-120 tipli orta mənzilli raketin...

ABŞ və Yaponiyanın istehsalına dair razılığa gəlməsindən sonra bu pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, AIM-120 tipli orta mənzilli raketin birgə istehsalı ilə bağlı Vaşinqton və Tokio administrasiyalarının imzaladığı razılaşmaya reaksiya verilib.

Bəyanatda bu addımın Asiya-Sakit Okean regionunda qeyri-sabitliyi artıracağı üçün pislənildiyi və ABŞ-ın region ölkələri ilə müdafiə sahəsində yeni əməkdaşlığının getdikcə aqressivləşdiyi vurğulanıb.

Bəyanatda Pxenyanın ABŞ və onun müttəfiqləri tərəfindən yaradılan qeyri-sabit mühitinə fəal reaksiya verəcəyi barədə xəbərdarlıq edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…