Əsas məzmuna keç

Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

ABŞ və Yaponiyanın birgə raket istehsalına dair razılığa gəlməsindən sonra Şimali Koreya bu qərarı pisləyib. Bu barədə Şimali Koreya Mərkəzi Xəbər...

və Yaponiyanın birgə istehsalına dair razılığa gəlməsindən sonra bu qərarı pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi () məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, AIM-120 tipli orta mənzilli raketin birgə istehsalı ilə bağlı Vaşinqton və Tokio administrasiyalarının imzaladığı razılaşmaya reaksiya verilib.

Bəyanatda bu addımın Asiya-Sakit Okean regionunda qeyri-sabitliyi artıracağı üçün pislənildiyi və ABŞ-ın region ölkələri ilə müdafiə sahəsində yeni əməkdaşlığının getdikcə aqressivləşdiyi vurğulanıb.

Bəyanatda Pxenyanın ABŞ və onun müttəfiqləri tərəfindən yaradılan qeyri-sabit təhlükəsizlik mühitinə fəal reaksiya verəcəyi barədə xəbərdarlıq edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…