Əsas məzmuna keç

Səfirliyin əməkdaşları Kamil Zeynallıya baş çəkiblər

Səfirliyin əməkdaşları Kamil Zeynallıya baş çəkiblər

bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası...

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib: “ vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün və vitse-konsul hava limanına göndərilib. Hazırda nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər.

Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiyanın qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…