Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif: Pakistan Qəzzada atəşkəsi alqışlayır

2 dəq
Paylaş:
Şahbaz Şərif: Pakistan Qəzzada atəşkəsi alqışlayır

atəşkəsi alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Pakistanın Şahbaz Şərif "X" hesabında yazıb.

O, Pakistanın Fələstin xalqını ardıcıl olaraq dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.

"Biz Fələstin probleminin həlli üçün ABŞ Prezidenti Donald Trampa, eləcə də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində onunla görüşən Qətər, , BƏƏ, Türkiyə, İordaniya, Misir və İndoneziya liderlərinə minnətdarıq", - paylaşımda deyilir.

Ş.Şərif qeyd edib ki, HƏMAS-ın bəyanatı atəşkəsə və sülhə yol açır. O, bu fürsətdən istifadə etməyə çağırıb.

"Pakistan Fələstində davamlı sülhə nail olmaq üçün bütün tərəfdaşlar və qardaş ölkələrlə işləməyə davam edəcək", - o yazıb.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı bütün israilli girovları azad etməyə və ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax