Operativ Məlumat Mərkəzi

Rusiyada Yevgeni Priqojinin dəfninə hazırlıq gedir

2 dəq
Paylaş:
Rusiyada Yevgeni Priqojinin dəfninə hazırlıq gedir

Rusiyanın Sankt- şəhərində "Vanqer" muzdlularının rəhbəri Priqojinin dəfninə gedir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə yerli “Fontanka” nəşri yazıb.

Məlumata görə, səhər saatlarında Serafimovskoye qəbiristanlığının girişində metal detektorlar quraşdırılıb. Oraya əlavə polis qüvvələri də cəlb edilib. Qəbiristanlığa foto və video kamerası olan şəxslər buraxılmır. Yerli sakinlər əmindirlər ki, əlavə tədbirləri Priqojinin orada dəfn olunması ilə bağlıdır.

"Rotonda" nəşri isə yazır ki, hətta bir gün əvvəl Priqojinin tərəfdaşları onun dəfn olunma tarixi və vaxtı barədə hakimiyyətə məlumat verməkdən imtina ediblər: “Görünür, axşama yaxın vəziyyət dəyişib və məmurlar özləri jurnalistlərə məlumatın məxfi olduğunu deməyə başlayıblar”.

Kreml Vladimir Putinin Priqojinin dəfn mərasimində iştirak etməyəcəyini açıqlayıb.

“Priqojinin dəfn mərasimində prezidentin iştirakı nəzərdə tutulmayıb. Dəfn mərasimləri ilə bağlı konkret məlumatımız yoxdur. Yenə də bu məsələ ilə bağlı qərarı qohumlar və dostlar verir. Burada onlarsız heç nə deyə bilmərik”, - Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax