Əsas məzmuna keç

Rusiyada Yevgeni Priqojinin dəfninə hazırlıq gedir

Rusiyada Yevgeni Priqojinin dəfninə hazırlıq gedir

bu barədə yerli “Fontanka” nəşri yazıb. Məlumata görə, səhər saatlarında Serafimovskoye qəbiristanlığının girişində metal detektorlar quraşdırılıb. Oraya...

Rusiyanın Sankt-Peterburq şəhərində "Vanqer" muzdlularının rəhbəri Priqojinin dəfninə hazırlıq gedir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə yerli “Fontanka” yazıb.

Məlumata görə, səhər saatlarında Serafimovskoye qəbiristanlığının girişində metal detektorlar quraşdırılıb. Oraya əlavə qüvvələri də cəlb edilib. Qəbiristanlığa foto və video kamerası olan şəxslər buraxılmır. Yerli sakinlər əmindirlər ki, əlavə təhlükəsizlik tədbirləri Priqojinin orada olunması ilə bağlıdır.

"Rotonda" nəşri isə yazır ki, hətta bir gün əvvəl Priqojinin tərəfdaşları onun dəfn olunma tarixi və vaxtı barədə hakimiyyətə məlumat verməkdən imtina ediblər: “Görünür, axşama yaxın vəziyyət dəyişib və məmurlar özləri jurnalistlərə məlumatın məxfi olduğunu deməyə başlayıblar”.

Kreml Vladimir Putinin Priqojinin dəfn mərasimində iştirak etməyəcəyini açıqlayıb.

“Priqojinin dəfn mərasimində prezidentin iştirakı nəzərdə tutulmayıb. Dəfn mərasimləri ilə bağlı konkret məlumatımız yoxdur. Yenə də bu məsələ ilə bağlı qərarı qohumlar və dostlar verir. Burada onlarsız heç nə deyə bilmərik”, - Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…