Operativ Məlumat Mərkəzi

Qazaxıstan Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıb

2 dəq
Paylaş:
Qazaxıstan Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıb

hökuməti Xəzər dənizinin problemlərinin öyrənilməsi üçün ehtiyatlarından 305 milyon tenge (560 min ABŞ dollarından çox - red.) ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in hökumətin xidmətinə istinadən məlumatına görə, Qazaxıstan Xəzər Elmi İnstitutu tərəfindən alınacaq.

Məlumata görə, vəsait institutun gələcək inkişafı üçün istifadə olunacaq və hidrobiologiya və hidrokimya, hidrometeorologiya, peyk monitorinqi laboratoriyalarında elmi-tədqiqat işlərinin vaxtında və səmərəli aparılmasına və elmi-tədqiqat institutunun qarşısında duran digər vəzifələrin həllinə imkan verəcək.

İnstitutun fəaliyyət dairəsinə balıq ehtiyatlarının qiymətləndirilməsi, onların mühafizəsi üsullarının və texnologiyalarının işlənib hazırlanması, ixtiofaunanın, suitilərin kütləvi şəkildə tələf olmasının səbəblərinin tədqiqi və onların populyasiyasının saxlanılması məsələləri daxildir. Bundan əlavə, o, dənizin hidroloji proseslərinin öyrənilməsi və səviyyəsinin monitorinqi, və onun ekosistemə təsirinin təhlili, akvatoriyanın Qazaxıstan hissəsinin və Xəzər dənizi sahillərinin suyun keyfiyyəti, bioloji müxtəlifliyi və digər parametrləri haqqında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax