Əsas məzmuna keç

Qazaxın 10 kəndində qaz kəsiləcək

Qazaxın 10 kəndində qaz kəsiləcək

bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Şəmkir Regional Qaz İstismarı İdarəsinin...

rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax Xidmət Sahəsinə aid Əskipara AQPS-dən qidalanan Ülkməzli kəndi ərazisində diametri 530 millimetr olan qaz xəttində kompresatorun birləşmə hissəsində kəskin qaz sızması aşkar edilib.

Qaz sızmasının aradan qaldırılması və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən işlər başa Daş Salahlı, Bala , Çaylı, Ülkməzli, Dəmirşçilər, Alpoud, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin qaz təchizatı dayandırılacaq. Ümumilikdə, təqribən 4 100 abonent bu fasilədən təsirlənəcək.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qaz təchizatı olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…