Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

2 dəq
Paylaş:
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Bakı şəhəri, Nizami rayonu ərazisində H.Əliyev adına Neft Emalı Zavodunun “Müvəqqəti Modernizasiya Lahiyələndirmə” ofis binasında yanğınların söndürülməsi mövzusunda yanğın- təlim keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı Müvəqqəti Modernizasiya Lahiyələndirmə ofis binasında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 9 texnika və 48 nəfər şəxsi heyəti cəlb olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax