Əsas məzmuna keç

Neft Emalı Zavodundakı yanğın söndürülüb - YENİLƏNİB

Neft Emalı Zavodundakı yanğın söndürülüb - YENİLƏNİB

Bakıdakı Heydər Əliyev adına zavodda baş verən alovlanma ilə bağlı SOCAR və FHN-dən son açıqlama: İstehsalat prosesi və Katalitik Reforminq qurğusu haqqında.

ru en

Neft Emalı Zavodundakı yanğın söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Downstream MMC-dən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.

Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.

Zavodun fəaliyyəti tələblərinə uyğun şəkildə davam etdirilir və prosesində hər hansı fasilə müşahidə olunmur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

***

Neft Emalı Zavodunda yanğın başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…