Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı

1 dəq
Paylaş:
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı

İyulun 21-də Kəlbəcər rayonunda partlayışı baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, partlayış işğaldan azad edilmiş Kəlbəcər rayonunun kəndi ərazisində baş verib.

“1987-ci il təvəllüdlü Qazax rayon sakini Ələsgər oğlu İsgəndərov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax