Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər

2 dəq
Paylaş:
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər

və İran prezidentləri Vladimir Putin və Məsud ŞƏT sammiti çərçivəsində Bişkekdə keçirilən görüşdə Yaxın Şərqdəki vəziyyəti, arasında razılaşmasını müzakirə ediblər.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "İnterfaks"a istinadən xəbər verir.

Putin görüşdə, xüsusilə, bildirib ki, iyun ayındakı İran-ABŞ atəşkəs razılaşması qeyri-sabit və zəif olub.

"Biz bu ilin iyununda İran-ABŞ atəşkəs memorandumunun bağlanmasını məmnuniyyətlə qarşıladıq, lakin, təəssüf ki, atəşkəs qeyri-sabit və çox zəif oldu", - o qeyd edib.

Pezeşkian öz növbəsində Vaşinqtonun da öz öhdəliklərinin icrasını bərpa edəcəyi şərtilə, İranın ABŞ ilə memoranduma əməl etməyə qayıtmağa hazır olduğunu bildirib.

"Əgər ABŞ bu memorandumda müəyyən edilmiş öhdəliklərə əməl etməyə qayıdarsa, o zaman biz də qayıdacağıq və bütün bu tədbirlərə riayət edəcəyik", - İran prezidenti deyib.

Pezeşkian həmçinin bildirib ki, ABŞ-nin öz tələblərini İrana qəbul etdirmək hüququ yoxdur və birtərəfli hərəkətlərə qarşı mübarizənin zəruriliyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə