Əsas məzmuna keç

Kiyevə kütləvi zərbələr, ölənlər var

Kiyevə kütləvi zərbələr, ölənlər var

Vitali Kliçko və Zelenski hücumun təfərrüatlarını açıqladı: Borispol və Odessada da ciddi dağıntılar var, ölənlər arasında əcnəbi vətəndaşlar da var.

en ru

Rusiyanın şəhəri və Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 12 nəfər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, Kiyevdə 8 nəfər ölüb.

Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, ölənlərdən 7-si dəmir yolu əməkdaşı olub.

Prezidenti Volodimir Zelenski isə ölənlərdən birinin Hindistan vətəndaşı olduğunu bildirib.

Hücum nəticəsində 16 mərtəbəli binanın yuxarı mərtəbələri zədələnib və binada yanğın baş verib, hadisə nəticəsində yaralananların olduğu qeyd olunub.

Kiyev vilayətinin Borispol şəhərində isə daha 4 nəfər həlak olub. Burada bir müəssisə və beşmərtəbəli yaşayış binası hücuma məruz qalıb.

Kiyev və Kiyev vilayətinə kütləvi hücumların artıq altıncı gündür davam etdiyi bildirilir.

Rusiyanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər yaralanıb, mülki infrastruktura ziyan dəyib.

Rusiya isə Kiyev şəhəri və Kiyev vilayətində hərbi-sənaye, neft və obyektlərinə, həmçinin Odessa vilayətindəki limanlara kütləvi zərbələr endirildiyini açıqlayıb. Nazirlik Kiyevdəki lokomotiv deposunun vurulduğunu təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…