Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında ölkəsinə ballistik raketlərlə zərbələr endirdiyini, lakin Qərb tərəfdaşlarının bu hücumlar barədə Ukraynanı yenidən xəbərdar etmədiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarivi KİV məlumat yayıb.
"Gecə ərzində yenidən bir neçə dalğa ilə Rusiyanın ballistik hücumu baş verdi və tərəfdaşlarımızdan yenə də heç bir xəbərdarlıq olmadı", - Ukrayna Prezidenti qeyd edib.
Zelenskinin sözlərinə görə, hücumlar Ukraynanın enerji və infrastruktur obyektlərini hədəf alıb. Z
ərbələr nəticəsində tibb müəssisəsinə, məktəbə, metro stansiyasına və yaşayış evlərinə ziyan dəyib.
O bildirib ki, Kiyev və Kiyev vilayəti istiqamətində 16 ballistik raket və 200-dən çox dron buraxılıb. Hücumlar nəticəsində insan tələfatı qeydə alınıb, enerji infrastrukturunun 10-dan çox obyektinə ziyan dəyib. Nəticədə ən azı 550 min ev elektrik enerjisiz qalıb.