Əsas məzmuna keç

Çin ABŞ-ni proteksionist rüsumlara görə xəbərdar etdi

Çin ABŞ-ni proteksionist rüsumlara görə xəbərdar etdi

"Çin ABŞ-nin digər ölkələrin məhsullarına proteksionist gömrük rüsumları tətbiq etməklə dünya iqtisadiyyatının inkişafı üçün uzunmüddətli sistemli risklər...

en ru tr

" ABŞ-nin digər ölkələrin məhsullarına proteksionist gömrük rüsumları tətbiq etməklə dünya iqtisadiyyatının inkişafı üçün uzunmüddətli sistemli risklər yaratdığını və Pekini qətiyyətli cavab tədbirləri görməyə məcbur etdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Çinin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq deyib.

"Çin tərəfini yanlış tədbirlərini düzəltməyə, problemlərin dialoq və məsləhətləşmələr yolu ilə həllinin düzgün yoluna qayıtmağa çağırır", - o bildirib.

Rəsmi nümayəndə Çinin vəziyyətin inkişafını diqqətlə izləyəcəyini və zəruri tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.

"Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək", - He Yadonq əlavə edib.

Onun sözlərinə görə, bəzi ölkələr həddindən artıq istehsal bəhanəsi ilə proteksionist siyasət yürüdür, normal bazar rəqabəti məsələlərini siyasiləşdirir və sənaye inkişafından təzyiq vasitəsi kimi istifadə edirlər.

He Yadonq qeyd edib ki, bu cür yanaşma həmin ölkələrin öz struktur problemlərinin həllinə kömək etməməklə yanaşı, qlobal sənaye təhlükəsizliyinə, sabitliyə və əməkdaşlığa da zərər vurur.

O həmçinin proteksionist siyasətin qlobal inflyasiyanı artırdığını, müəssisələrin və istehlakçıların maraqlarına birbaşa ziyan vurduğunu, dünya iqtisadiyyatının inkişafı üçün uzunmüddətli sistemli risklər yaratdığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…