Pakistan mənbələri ABŞ və İranın avqustun 17-də başa çatacaq İslamabad Anlaşması çərçivəsində nəzərdə tutulan 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyini bildiriblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Mənbələrin sözlərinə görə, tərəflər avqustun 17-də müddəti başa çatacaq İslamabad Anlaşması çərçivəsində 60 günlük atəşkəsin uzadılması barədə “razılığa gəliblər”.
Qeyd olunub ki, tərəflər müddətin uzadılmasına razılıqlarını vasitəçilərə çatdırıb.
Bununla yanaşı, atəşkəsin avqustun 17-dən sonra nə qədər müddətə uzadılacağı ilə bağlı tərəflərlə danışıqların davam etdiyi bildirilib.
Məlumat üçün bildirək ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəyə son qoymaq məqsədilə Vaşinqton və Tehran iyunun 17-də İslamabad Anlaşmasını imzalayıb.
Sənəddə yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddəti nəzərdə tutulub.