Əsas məzmuna keç

Paşinyan Rusiyadan bahalı hədiyyələrlə qayıtdı

Paşinyan Rusiyadan bahalı hədiyyələrlə qayıtdı

bu barədə məlumatı ölkənin yerli “Joxovurd” qəzeti yayıb.  Bildirilib ki, Rusiyanın Baş naziri Mixail Mişustin Paşinyana dəyəri 1,6 min dollar olan 6...

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol ötən il dekabrın 13-də Moskvada Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib. Ermənistanın başçısı sözügedən iclas çərçivəsində həmkarlarından bahalı hədiyyələr alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Joxovurd” qəzeti yayıb.

Bildirilib ki, Rusiyanın Baş naziri Mixail Mişustin Paşinyana 1,6 min olan 6 nəfərlik “Qış nağılı” adlı yemək dəsti hədiyyə edib.

Özbəkistanın Baş naziri Abdulla Aripov isə erməni həmkarına ölkənin Xivə şəhərində divarlarla əhatə olunmuş daxili şəhər İtçan Kalanın mis üzərində oyma ilə yaradılmış təsvirini hədiyyə edib. Hədiyyənin dəyəri 1,5 min dollar olaraq qiymətləndirilir.

Qırğızıstanın hökumət başçısı Akılbek Japarov isə Paşinyana üzərində Xor-Virap monastrının təsvir edildiyi rəsm bağışlayıb. Bu rəsmin qiyməti isə 200 dollar təşkil edir.

Paşinyanın isə öz növbəsində həmkarlarına nə hədiyyə etdiyi açıqlanmayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…