ABŞ TRIPP layihəsinin hazırlıq prosesi üçün artıq 140 milyon dollar ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda mənim bildiyimə görə, layihənin hazırlıq prosesi üçün artıq 140 milyon dollar ayrılıb”, — Paşinyan deyib.
Konkret investisiyalara gəldikdə, Baş nazir bunun layihələndirmə və qiymətləndirmə hesablamaları ilə bağlı olduğunu qeyd edib. O, hələlik dəqiq rəqəm deməyin mümkün olmadığını, lakin investisiyaların əhəmiyyətli olacağını vurğulayıb.