Operativ Məlumat Mərkəzi

Paris-2024: Qaşım Maqomedov gümüş medal qazandı - YENİLƏNİB

3 dəq
Paylaş:
Paris-2024: Qaşım Maqomedov gümüş medal qazandı - YENİLƏNİB

taekvondoçusu Qaşım Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının medalını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından ciddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, -2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib.

***

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışları start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov irlandiyalı Cek Uolli ilə üz-üzə gəlib.

Döyüşün ilk raundunu 7:4, ikinci raundu isə 11:7 hesablı qələbə ilə bitirən idmançımız 1/4 finala vəsiqə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax